Rusiyadan digər ölkələrə TƏKLİF: "Hərbi əməkdaşlığı..."

Rusiyadan digər ölkələrə TƏKLİF:

Rusiya digər ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirməyi, o cümlədən birgə hərbi təlimlər keçirməyi təklif edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Ordu-2023” forumunun iştirakçılarına təbrik müraciətində bildirib.

 

“Biz müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyi təklif edirik. O cümlədən, şəxsi heyətin, əcnəbi hərbçilərin hazırlanması və onların bacarıqlarının artırılması, birgə komanda qərargahı və digər təlimlərin keçirilməsi ilə bağlı fikirlərimiz var. Və biz gözləyirik ki, əvvəllər olduğu kimi, konfrans çərçivəsində də mühüm müqavilələr imzalanacaq, sazişlər, ixrac müqavilələri olacaq”, - dövlət başçısı qeyd edib.

 

O, konfransın keçirilməsinin inkişaf etməkdə olan çoxqütblü dünyada təhlükəsizlik və sabitliyin xeyrinə hərbi və hərbi-texniki tərəfdaşlığı gücləndirəcəyinə əminliyini ifadə edib.

 

Qeyd edək ki, Rusiyada avqustun 14-dən 20-dək “Patriot” konqres-sərgi mərkəzində, “Alabino” poliqonunda və “Kubinka” hava limanında “Ordu-2023” beynəlxalq hərbi-texniki forumu keçirilir. Sərgidə və işgüzar proqramda Rusiyanın hərbi-sənaye kompleksinin 1500-ə yaxın aparıcı müəssisəsi iştirak edəcək.

 

Konfransda 7 ölkədən 85 xarici şirkət və təşkilatın iştirakı gözlənilir.Forumun təşkilatçısı Rusiya Müdafiə Nazirliyidir. 

 

İnci
 


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...