Türkiyə kiberhücumlara ən çox məruz qalan ölkələrdəndir
Kateqoriya məlum deyil
Türkiyə kiberhücumlara məruz qalan ölkələr sırasında ilk yerlərdə dayanır.
Sfera.az "Haber7"yə istinadən xəbər verir ki, kibertəhlükəsizlik sahəsində xidmət göstərən “SurfShark” şirkətinin məlumatına görə, dünyada 2023-cü ilin 2-ci rübündə haker hücumları, məxfi məlumatların sızması və digər bu kimi hallar kəskin şəkildə artıb.
Bu ilin birinci rübü ilə müqayisədə artım 156 faiz təşkil edib.
"SurfShark" həmçinin kiberhücumlardan ən çox hansı ölkələrin təsirləndiyini təqdim edib. Təqdimata görə, birinci yerdə ABŞ, daha sonra Rusiya, üçüncü yerdə isə İspaniya dayanır. Türkiyə isə bu siyahıda 9-cu yerdə qərarlaşıb.
Bildirilir ki, Türkiyə üzrə kiberhücumlar daha çox, məxfi məlumatların ələ keçirilməsi yönündə planlaşdırılıb.
Əzizə






