Logo

Saakaşvili İlham Əliyevə təşəkkür etdi

Saakaşvili İlham Əliyevə təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“2008-ci il hadisələrində Azərbaycanın rolu kifayət qədər qiymətləndirilmir”.

Sfera.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili feysbuk hesabında bildirib.

“Qardaş qonşu dövlət bizi yanacaq infrastrukturu və ölkəmizi xilas etmək üçün mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi. Hərbi sahədə dəstəyindən isə yəqin ki, Azərbaycan özü danışmalıdır, amma bu çox vacib idi”, - deyə Saakaşvili bildirib.

O, dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.

Xatırladaq ki, 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi nəticəsində Abxaziya və Cənubi Osetiya işğal olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR