Logo

XİN Yanoş Hovarinin vəfatı ilə bağlı başsağlığı verdi

XİN Yanoş Hovarinin vəfatı ilə bağlı başsağlığı verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru, səfir Yanoş Hovarinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Sfera.az xəbər verir ki, bu barədə XİN-in Tvitter hesabında paylaşım edilib.

"Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru, səfir Yanoş Hovarinin vəfatı ilə əlaqədar dərin kədər hissi keçiririk.

Ömrünü türk dünyasının möhkəmlənməsinə həsr etmiş bir insanın ailəsinə və yaxınlarına başsağlığı veririk", - məlumatda qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR