Logo

Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verdi

Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort bölgəsində torpaq sürüşməsi nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Sfera.az xəbər verir ki, XİN bu barədə öz tviter hesabında paylaşım edib.

“Ümid edirik ki, itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Gürcüstan xalqının və hökumətinin yanındayıq”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Şovidə avqustun 3-ü günorta saatlarında baş verən torpaq sürüşməsi nəticəsində 7 nəfər həlak olub. Hadisə zamanı körpülər üçüb və yollara ziyan dəyib.

Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verdi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR