“Taxıl sazişi”, "Vaqner" təhdidi, nüvə silahından istifadə... : Putinin payız hazırlığı nəyə hesablanıb? 

“Taxıl sazişi”,

Rusiya Prezidenti Vladimir Putin payıza ciddi şəkildə hazırlaşır. Məsələ ondadır ki, yay ayları Rusiya-Ukrayna müharibəsi üçün kifayət qədər ciddi döyüşlər, qarşılıqlı hücumlar və siyasi gərginliklə müşahidə olundu. 

 

Qərb cəbhəsində isə vəziyyət dəyişir. Müharibənin uzanması sonlandırılmasını tələb edənlərin sayını da xeyli artırıb. Bəzi ölkələr Ukraynanın əks-hücum əməliyyatlarından istənilən nəticəni qazana bilmədiyini əsas gətirərək müharibənin bitməsi istiqamətində konkret çağırışlar edir. Bununla belə müharibənin Rusiyanın məğlubiyyətinə kimi davam etməsini istəyənlər də var. 

 

Müharibənin uzanması, Ukraynanın əks-hücum əməliyyatlarının istənilən nəticəni verməməsi və ən əsas, Qərb ölkələrinin müharibənin bitməsi istiqamətində çağırışlar etməsi payız aylarında tərəflərin danışıqlar masasına qayıtması ehtimallarını yüksəldir. Prinsip etibarilə Rusiya tərəfi də müzakirələrə hazır olduğunu bildirir.

 

Ümumiyyətlə, rəsmi Moskva Ukrayna müharibəsindən istədiyini əldə edə bilməyib. Yəni sülh Ukrayna qədər Rusiyaya da gərəkdir. Lakin Rusiya klassik taktikasından əl çəkməyərək payızdakı ehtimal danışıqlara üstün getmək istəyir. 

 

Birincisi, Rusiya rəhbərliyi Qərbdə artan sülh çağırışlarını diqqətlə izləyir və ona uyğun addımlar atır. Kreml sülh istədiyini desə də müharibəyə davam edə biləcəyi mesajını da verir. Bununla o, Qərbin sülh çağırışlarını daha da radikallaşdırmaq, hətta bu istiqamətdə Ukraynaya təzyiq edilməsini istəyir. 

 

İkincisi, Rusiya nüvə silahından istifadəni leqallaşdırır. Son günlər Rusiya rəsmilərinin dilindən yenidən nüvə silahından istifadəyə dair açıqlamalar səslənir. Xüsusilə bu açıqlamalar ilə paralel Ukraynaya məxsus olduğu deyilən dronların Moskvaya ardıcıl zərbələr endirməsi diqqət çəkir. 

 

Məsələ ondadır ki, bir nüvə ölkəsi paytaxtına təhdid olarsa, ölkə işğala məruz qalar, ya da ərazinin bir qismi işğal edilərsə bu silahdan istifadə edə bilər. Moskvaya endirilən dron hücumları fonunda Rusiya bunu əsas gətirib taktiki nüvə silahından istifadə edə biləcəyi mesajını verir. Bu həm də Kremlin ABŞ və Qərbə Ukraynanı danışıqlar masasına qaytarması üçün xəbərdarlıqdır. 

 

Rusiya Ukraynada taktiki nüvə silahından istifadə etsə bu tendensiya yayıla və digər ölkələr də buna əl ata bilər. Bu isə Vaşinqtonun arzulamadığı bir ssenaridir. 

 

Üçüncüsü, Kremlin Polşa cəbhəsi açmaq planı da diqqət çəkir. ABŞ Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlı olsa da müharibənin miqyasının genişlənməsi və digər regionlara, ölkələrə sıçramasını istəmir.

 

Bunu yaxşı bilən Kreml Finlandiya, İsveç, Baltikyanı ölkələr və Polşanın timsalında yeni cəbhə aça biləcəyi təəssüratı yaradır. Düzdür, qeyd edilən ölkələrin əksəriyyəti NATO ölkəsidir və Rusiya NATO ilə birbaşa qarşıdurma aparacaq gücdə deyil. Lakin Kreml həmin ölkələrdən biri ilə proksi müharibə apara bilər. 

 

Misal üçün, ehtimal hədəf Polşadır. Rəsmi Moskva bir müddət öncə baş verən saxta "Vaqner" qiyamı və ya "Vaqner" şousu sonrası bu hərbi birliklə bütün əlaqələrini kəsdiyini və Afrika ölkələri, həmçinin Belarusa köçürüləcəyini açıqladı. "Vaqner" hazırda Belarusda məskunlaşır və sayı gündən-günə artır. Bundan narahat olan Polşa tərəfi isə Belarusla sərhədə hərbi texnika yığır. 


Rəsmi Varşava Kremlin nə etdiyinin fərqindədir. Bu, Kremlin “Vaqner” üzərindən Polşa ilə müharibə aparmaq ssenarisidir. Əgər bu baş verərsə, Ukraynadan sonra növbəti cəbhə Polşada açılacaq. Yəni ABŞ-ın çəkindiyi müharibənin digər ölkələrə keçmək riski gerçəkləşəcək. 

 

Kreml hələlik bu planı aktivləşdirməyib və buna görə də payızda gözlənilən danışıqlar öncəsi əlini gücləndirmək üçün ehtiyatda saxlayır. 

 

Dördüncüsü, “Taxıl sazişi” və Ankara ilə təmaslar. Rusiya bir müddət öncə rəsmi olaraq “Taxıl sazişi”ndən çıxdığını açıqladı. Ankaranın müraciətlərinə baxmayaraq hələlik Kreml sazişə qayıtmaq ilə bağlı müsbət nəsə deməyib. Bu məsələnin avqustda baş tutması ehtimal Ərdoğan-Putin görüşü və ya telefon danışığı zamanı müzakirə ediləcəyi gözlənilir. 

 

Kreml yaxşı başa düşür ki, “Taxıl sazişi”ndən çıxmaq dünya miqyasında növbəti taxıl böhranın başlaması deməkdir. Rusiya bundan öncəki böhranın nə ilə nəticələndiyini test edib. Buna görə “Taxıl sazişi”ndən çıxmaq payızdakı ehtimal sülh danışıqları zamanı Kremlin əsas təzyiq kartlarından olacaq. 

 

Nəticə etibarilə payızda Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutsun, ya da tutmasın, Kreml buna ciddi hazırlaşır. Rusiya ilə Ukrayna arasında danışıqlar isə böyük ehtimalla Türkiyədə baş olacaq. Ankara, İstanbul və ya Antalya görüşün keçirilə biləcəyi şəhərlər ola bilər.

 

Müəllif: Politoloq Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...