Bayramov Türkiyə Prezidentinin baş müşaviri ilə görüşdü
Kateqoriya məlum deyil
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfəri çərçivəsində Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.
Bu barədə Sfera.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli, regional formatlar, BMT, İƏT, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.






