“Yüklərlə bağlı problem həll olunana qədər...” - Markus Ritter

Siyasət
15:59 / 27.07.2023
6023
Avropa İttifaqının monitorinq missiyası Dağlıq Qarabağa göndərilən humanitar yüklərlə bağlı problem həll olunana qədər Kornidzorda qalacaq.
Sfera.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu müşahidəçilər missiyasının rəhbəri Markus Ritter deyib.
“Məsələ hər hansı şəkildə həll olunana qədər missiya Kornidzorun sərhəd hissəsində olacaq. Ötən ilin dekabrından Laçın dəhlizi bağlanıb. İyulun 26-da Ermənistan ərzaq və dərmanla birlikdə 400 tona yaxın humanitar yardım göndərib. Hazırda avtomobillər sərhəddə yerləşən Kornidzor kəndi yaxınlığında Laçın dəhlizinin girişində saxlanılır", - M.Ritter bildirib.
Əzizə