Logo

Ermənistan prezidentindən nikbin Türkiyə açıqlaması: “Bu qədər ildən sonra...”

Ermənistan prezidentindən nikbin Türkiyə açıqlaması: “Bu qədər ildən sonra...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistan qonşu dövlətlərlə balanslı, yaxşı münasibətlərə malik olmaq istəyir və buna görə də hökumət Türkiyə ilə normallaşma yolunu seçib".

Sfera.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La Repubblica” nəşrinə açıqlamasında deyib.

"Şadam ki, bu qədər ildən sonra Ankara ilə yenidən dialoqa başladıq. Biz gələcəyə daha nikbin baxmağa çalışırıq. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq", - Xaçaturyan bildirib.

Vaaqn Xaçaturyan əlavə edib ki, Ermənistan regionda sabit və uzunmüddətli sülhün əldə olunmasına, eləcə də qonşuları ilə balanslaşdırılmış münasibətlərin qurulmasına sadiqdir.

Qeyd edək ki, Ermənistan dövlətinin başçısı İtaliyada işgüzar səfərdədir.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR