Logo

Göyçayda “Heydər Əliyev və mətbuatımız” mövzusunda tədbir keçirildi - FOTO

Göyçayda “Heydər Əliyev və mətbuatımız” mövzusunda tədbir keçirildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

21 iyun 2023-cü il tarixdə Göyçay Tarix-Diyarşünaslıq Muzeyində sərgi yaradılmış və həmin sərgi ətrafında milli mətbu orqanlarımız haqqında maraqlı fikir mübadiləsi aparılıb.

Sfera.az xəbər verir ki, tədbirdə “Heydər Əliyev və mətbuatımız!” mövzusuda geniş məruzə dinlənilib.

Əsası 1875-ci il iyulun 22-də Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi yolun çətin və şərəfli bir yol olduğu və XIX əsrin sonlarında bütün Qafqazda böyük əks-səda doğurduğu söylənilib. “Əkinçi” qəzeti 1877-ci iln sentyabrnadək cəmi 56 sayı işıq üzü görsə də, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında, xalqın milli oyanışında, milli birliyinin möhkəmlənməsində əvəzsiz rol oynadığı vurğulanıb.

Müasir dövrdə milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu, onun hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açdığını, 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyulduğu və bunun mətbuatın inkişafına ciddi təkan verdiyi vurğulanıb.

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi xüsusilə qeyd edilib.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR