“Çin və Ukrayna Bayden ailəsinə pul ödəyir...\" - Trampdan ŞOK İDDİA

“Çin və Ukrayna Bayden ailəsinə pul ödəyir...\

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Ukraynanın NATO-ya qoşulması ehtimalından söz açıb.

 

Sfera.az bildirir ki, sabiq ölkə başçısı bunu “dəlilik” adlandırıb.

 

Tramp növbəti dəfə “korrupsioner və bacarıqsız” adlandırdığı hazırkı ABŞ Prezidenti Co Baydeni tənqid edib.

 

“Çin və Ukraynanın Bayden ailəsinə nə qədər pul ödədiyinə baxmaq kifayətdir. Belə bir şəraitdə Ukraynanın NATO-ya qoşulma imkanını nəzərdən keçirmək ideyası isə tamamilə çılğınlıqdır”, - Tramp deyib.

 

Eyni zamanda o, Bayden administrasiyasının siyasətinin üçüncü dünya müharibəsinə yol açağını vurğulayıb.

 

Xatırladaq ki, iyulun 11-12-də Vilnüsdə keçirilən sammitdən sonra Ukrayna alyansa qoşulmaq üçün konkret təkliflər almayıb. Əvəzində NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, bloka daxil olan ölkələr Ukraynaya doğru üç addım atıblar: “Ukraynadan NATO-ya üzvlüklə bağlı fəaliyyət planının icrasını tələb etməmək barədə qərar qəbul edilib. Kiyevə çoxillik hərbi yardım proqramı təsdiq edilib, Ukrayna-NATO Şurasının yaradılması təsdiqlənib”. Eyni zamanda, sammitin yekun bəyanatında müttəfiqlər arasında razılıq əldə edildikdən sonra “bütün şərtlər yerinə yetirildikdə” NATO-ya dəvətin Ukraynaya göndəriləcəyi bildirilib.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR