KTMT-nın missiyası Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilir? – Zaxarovadan AÇIQLAMA

KTMT-nın missiyası Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilir? – Zaxarovadan AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Azərbaycan və Ermənistan sərhədində yerləşdirilməsinin vəziyyətin sabitləşməsinə töhfə verəcəyini bildirib.

 

Sfera.az xəbər verir ki, brifinqdə çıxış edən nazirlik rəsmisi fikrini belə ifadə edib:

 

"Dağlıq Qarabağ KTMT-nin məsuliyyət zonasına daxil deyil. Eyni zamanda, təşkilatın missiyasının Ermənistanda yerləşdirilməsi Azərbaycan-Ermənistan sərhəd bölgəsində vəziyyətin sabitləşməsinə mühüm töhfə verərdi".

 

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada rusiyalı həmkarı ilə birgə mətbuat konfransında qeyd edib ki, KTMT missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunur, onun üzərində iş davam edir.

 

Aprelin 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan da parlamentdə jurnalistlərə deyib ki, Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır, lakin bu istiqamətdə müzakirələr davam edir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR