Logo

Paşinyan: "Brüsseldə razılıq əldə edə bilmədik..."

Paşinyan: "Brüsseldə razılıq əldə edə bilmədik..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Brüsseldə keçirilən Əliyev-Paşinyan-Mişel görüşündə Laçın dəhlizindəki vəziyyətlə bağlı razılıq əldə olunmayıb.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Laçın dəhlizinin son durum və Dağlıq Qarabağda dərinləşən humanitar böhran kontekstində iyulun 15-də mən Avropa Şurası rəhbərliyi və Azərbaycanın dövlət başçısı ilə üçtərəfli görüş keçirdim. Təəssüf ki, bu görüş dəhlizin açılması və böhranın aradan qaldırılması üçün heç bir konkret nəticə vermədi", - Paşinyan bildirib.

Paşinyan nitqində Qarabağdakı vəziyyəti "humanitar böhran" kimi təqdim edib.

"Biz bu istiqamətdə işi davam etdirməliyik. Biz həmçinin Dağlıq Qarabağdakı humanitar böhranın beynəlxalq mətbuatda maksimum işıqlandırılmasına çalışmalıyıq. Brüsseldə konkret nəticələrin olmamasına baxmayaraq, danışıqlar mümkün qədər intensiv davam etməli, qarşılıqlı məqbul həll yollarının tapılması üçün səylər göstərilməlidir", - Ermənistan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR