Logo

İran və Rusiya Azərbaycan vasitəsilə enerji mübadiləsi aparacaq

İran və Rusiya Azərbaycan vasitəsilə enerji mübadiləsi aparacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran və Rusiya Ermənistan, Gürcüstan və Azərbaycan vasitəsilə elektrik enerjisi mübadiləsi aparacaq.

Sfera.az Mehr News-a istinadla xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian bildirib.

O qeyd edib: “Rusiya ilə elektrik enerjisinin mübadiləsi üçün biz iki marşrutdan - Azərbaycan və Ermənistan-Gürcüstandan istifadə etdik. Hazırda yekun danışıqlar və icra prosesindəyik”.

İranın energetika naziri əlavə edib ki, İran bəzi qonşularla elektrik enerjisini ödənişsiz mübadilə etmək niyyətindədir:

“Tezliklə Azərbaycan vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsinə başlayacağıq. Ermənistan və Gürcüstan vasitəsilə Rusiyanın elektrik şəbəkəsinə qoşulma da gündəmdədir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR