Şarl Mişel: “Brüsseldəki görüş çox məhsuldar keçib”

Siyasət
20:12 / 15.07.2023
5779
“Bugünkü görüş çox məhsuldar keçib”.
Sfera.az-ın məlumatına görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.
“Biz altıncı görüşü yenicə başa vurduq. Bu, çox məhsuldar oldu. Biz səylərimizdə çox mühüm dövr keçirik”, - S.Mişel bildirib.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə liderləri 1991-ci il “Almatı Bəyannaməsi”nə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təsdiqləyiblər. (Report)