\"Vaqner\"lə bağlı bu sual Putini ÇƏTİNƏ SALDI - Rusiya lideri özü dediyini İNKAR ETDİ

\

ABŞ-nin CNN televiziya kanalı “Vaqner” özəl hərbi şirkətinin (PMC) silahlı üsyanının bəzi nəticələri üzə çıxardığını bildirib.

 


Sfera.az xəbər verir ki, CNN-nin şərhinə görə hərbi üsyan Putinin hakimiyyətinin dayanıqlı olmadığını aşkara çıxarıb.

 

“Silahlı üsyandan bir neçə həftə sonra Rusiyanın tək adam idarəçiliyi sistemində çatlar aşkar edildi. Bundan sonra Kreml piyar hücumuna keçdi və Rusiya Prezidenti Vladimir Putinin dövlət idarəçilik aparatına nəzarəti əlində saxladığını nümayiş etdirməyə çalışdı” - şərhdə Rusiya hakimiyyətində bu hadisədən sonra Ukrayna müharibəsində uğurun əldə ediləcəyinə dair inamın zəiflədiyi qeyd edilib.

 


CNN hesab edir ki, silahlı üsyandan sonra “Vaqner”ə qarşı ciddi tədbirlərin görülməməsi də buradan irəli gəlir: “Cümə axşamı Putin Rusiyanın gündəlik işgüzar qəzeti “Kommersant”a müsahibəsində özəl hərbi şirkətin keçən ay Moskvaya uğursuz yürüşündən bir neçə gün sonra qrupun lideri Yevgeni Priqojin də daxil olmaqla “Vaqner” komandirləri ilə üç saatlıq görüşü təsvir edib. Putin görüşlə bağlı danışanda maraqlı etiraf edib.

 

"Vaqner” özəl hərbi şirkətinin (PMC) olmadığını deyən Putin, “Vaqner”in döyüşlərdə iştirak edib-etməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: “Bizim şəxsi hərbi təşkilatlarla bağlı qanunumuz yoxdur. Bu, sadəcə olaraq mövcud deyil”.

 

Texniki baxımdan Putin haqlıdır. Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsi muzdlu silahlı qrupun olmasını qadağan edir. Qanunda deyilir ki, “muzdlunun işə götürülməsi, hazırlanması, maliyyələşdirilməsi və ya digər maddi təminatı, habelə silahlı münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı” ağır cinayət əməlidir. Putin daha sonra izah edib ki, Rusiya parlamenti PMC-ləri leqallaşdırmaq üçün qanunvericiliyi nəzərdən keçirməlidir. 

 


Xatırladaq ki, keçən il Rusiyanın Ukraynanı işğalına qədər Kreml “Vaqner”in varlığını inkar edirdi. Sonrakı aylarda vəziyyət dəyişdi, çünki “Vaqner” Rusiya üçün bəzi simvolik qələbələr qazana bildi, xüsusən də Ukraynanın Baxmut şəhəri ətrafında gedən şiddətli döyüşlərdə üstünlük əldə etdi. 


CNN sual edir ki, əgər “Vaqner” ötən müddət ərzində texniki cəhətdən qeyri-qanuni bir qurum idisə, o halda, onlardan istifadəyə kim icazə verib, kim təlim keçib və silahla təchiz edib?


“Bu, texniki və ya fəlsəfi sualdan daha çox şey deyir. Axı Putinin özü də iyunun 27-də təhlükəsizlik rəsmilərinə verdiyi açıqlamada etiraf etdi ki, bütün “Vaqner” qrupunun saxlanması dövlət tərəfindən tam təmin edilib və hökumət bir il ərzində silahlı muzdluların saxlanması üçün  1 milyard dollara yaxın vəsait ayırıb”, - CNN-nin şərhində qeyd olunur:

 

“Məsələ Putinin qanunun aliliyinə hörmətlə yanaşmasını göstərmir, tamam başqa mətləbdən xəbər verir. Bu, həm də Putinin post-həqiqət dünyasının öncülü olduğunu xatırladır. Xatırladaq ki, Kreml rəhbəri həm də Rusiya xüsusi təyinatlılarının 2014-cü ildə Krım yarımadasını ələ keçirməsini inkar edən şəxs idi. İşğaldan cəmi bir neçə həftə sonra Putin etiraf etdi ki, bu silahlı şəxslər “yerli özünümüdafiə dəstələri” deyil, rus qoşunları idi”.

 


Vasif


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...