“Ukrayna mümkün qədər tez NATO-ya qəbul edilməlidir” - Boris Conson

“Ukrayna mümkün qədər tez NATO-ya qəbul edilməlidir” - Boris Conson

“Qərb güclü olmalı və Ukraynanı mümkün qədər tez NATO-ya qəbul etməlidir”. 


Sfera.az xəbər verir ki, bunu Ukraynanın NATO-ya üzv olmaq istəyini şərh edərkən İngiltərənin keçmiş Baş naziri Boris Conson deyib. 


Keçmiş Baş nazir “Daily Mail”ə açıqlamasında bildirib ki, Qərb qorxmamalı və qətiyyətli addımlar atmalıdır. O Vilnüs görüşündə NATO liderlərini qətiyyətsiz davranmaqda günahlandırıb:

 

“NATO liderləri bu həftə Vilnüsə gələndə onların nə etməli olduqları çox aydın idi. Onlar güclü olmalı idilər. NATO-nun bütün məqsədi budur. Alyans Ukraynaya açıq şəkildə söyləməliydi ki, bu ölkə hərbi əməliyyatlar bitən kimi bloka qoşula biləcək. Bu, ən doğru mesaj idi. Amma bunun əvəzində liderlər Ukraynaya NATO üzvləri razılaşdıqda və Ukrayna şərtləri yerinə yetirdikdə NATO-ya dəvət olunacağı mesajını veriblər. Buna görə də prezident Zelenski məyus olub”. 


O, blokun 2008-ci ildə Buxarestdə keçirilən sammitini xatırladıb: “Həmin tarixdə Ukrayna və Gürcüstanın gələcəkdə NATO-ya daxil olmasının mümkün olması ilə bağlı qərar qəbul edilib. Müttəfiqlər nə vaxt razılığa gələcəklər? Şərtlər nə vaxt yerinə yetiriləcək? Müttəfiqlər bütün bunları 15 il əvvəl razılaşdırıblar! Heç bir ölkə NATO-ya üzv olmaq üçün Ukrayna qədər səy göstərməyib. Heç bir hərbi qüvvə NATO silahlarının istifadəsində bu qədər güclü və effektiv deyil. Heç bir ölkənin NATO üzvlüyünə bu qədər ehtiyacı yoxdur”. 


Qeyd edək ki, NATO-nun Vilnüsdə keçirilən sammitində Ukraynanın alyansa ən geci hansı tarixdə üzv olacağı müəyyən edilmədi. Bununla belə, NATO-nun Baş katibi Yens Stoltenberq proseduru sadələşdirməyə söz verdi. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...