Göyçay rayonunun Qarabağlar kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi - FOTOLAR

13 iyul 2023-cü il tarixdə Göyçay rayon icra hakimiyyətinin başçısı Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Qarabağlar kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.
Sfera.az xəbər verir ki, qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Göyçay rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Sonra rayon icra hakimiyyəti başçısının Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərim Seyidov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir neçəsi yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.