Zakir Həsənov israilli həmkarı ilə görüşdü - FOTOLAR

Zakir Həsənov israilli həmkarı ilə görüşdü - FOTOLAR

İyulun 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri cənab Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Nazirlikdən Sfera.az-a verilən xəbərə görə, əvvəlcə İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

 

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

 

General-polkovnik Z.Həsənov israilli həmkarını salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

 

İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən cənab Y.Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.

 

Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

 

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi- VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Rusiyadan Hindistan və Pakistana çağırış

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüş keçirib. &nb...

Azərbaycanın idman gimnastı Dünya Kubokunun qalibi oldu

Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya Kubokunun qalibi olub.   Sfera.az xəbər verir ki, milli üzvü 6 mərhələnin yekunlarına əsasən halqala...

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.   Sfera.az paylaş...

İkardidən Wanda Naranı qıcıqlandıracaq paylaşım

"Qalatasaray" azarkeşlərinin yenidən meydana qayıtmasını səbirsizliklə gözlədiyi Mauro İkardi həm karyerasında, həm də şəxsi həyatında xoşbəxt günlər ...

Donald Tramp Virciniya Giuffrenin ölümü ilə bağlı açıqlama verdi - FOTO

ABŞ prezidenti Donald Tramp 41 yaşlı Virciniya Giuffrenin ölümünü “dəhşətli” adlandırıb.   Sfera.az bildirir ki, Tramp bunu Nyu-Cersi hava ...