Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri artırıldı - FƏRMAN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri artırıldı - FƏRMAN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri artırılıb.

 

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

 

Fərmana əsasən, aşağıdakı bəndlər Nazirliyin vəzifələrinə əlavə edilib:

 

- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar verilməsini təmin etmək;

 

- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etmək;

 

- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsini, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanmasını təmin etmək;

 

- himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarının həyata keçirilməsini təmin etmək.

 


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...