Bayden-Ərdoğan GÖRÜŞÜ: Hansı məsələlər müzakirə olunacaq? - ŞƏRH

Bayden-Ərdoğan GÖRÜŞÜ: Hansı məsələlər müzakirə olunacaq? - ŞƏRH

Türkiyə və ABŞ prezidentləri ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.

 

Hazırda tərəflər arasında müzakirəyə ehtiyac duyulan bir çox məsələ var.

 

Bununla belə, görüş zamanı liderlərin gündəliyində 3 əsas mövzu olacaq:

 

İsveçin NATO-ya üzvlüyü Ankara Stokholmun alyansa üzvlüyünə razı deyil. Belə ki, PKK, PYD, YPG kimi terror təşkilatlarının liderlərinin üzvləri bu gün İsveçdə sığınacaq alır, yaşayır və azad şəkildə Ankaranın əleyhinə fəaliyyət göstərir.

 

Türkiyə də öz növbəsində həm bu səbəblər, həm də son illərdə Quranın yandırılmasını əsas gətirərək İsveçin NATO-ya üzv olmasına qarşı çıxır. Lakin aydın məsələdir ki, Ankaranın istəyi daha böyükdür. Misal üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin Avropa Birliyinə gedən yolunu açmaq lazımdır. Ankaranın yekun tələbi Türkiyənin Avropa İttifaqına üzv kimi qəbul edilməsidir. Prinsip etibarilə bu, haqlı və yerində tələbdir. Türkiyə illərdir müxtəlif bəhanələrlə ittifaqa üzv edilmir. İndi də İsveçin NATO-ya üzvlüyünə qarşı Türkiyənin Avropa İttifaqına üzvlüyü istənilir. Bu baxımdan, Bayden və Ərdoğan arasında Vilnüsdə keçiriləcək görüş zamanı əsas müzakirə ediləcək məsələlərdən biri bu ola bilər. Bununla belə, Qərb çətin ki, Ankaranın bu təklifini qəbul etsin. Ümumiyyətlə, Qərb Türkiyəni Avropanın bir parçası olaraq görmür. Lakin Vaşinqton Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsindənsə Türk Dövlətlər Təşkilatının güclənməsi və Ankaranın öz alyansını yaratması istiqamətində daha cəzbedici təkliflər edə bilər.

 

F-16-ların tədarükü

 

F-16-ların tədarükü hazırda Vaşinqton və Ankara arasında başlıca mübahisə mövzusudur. Prinsip etibarilə Bayden administrasiyası qırıcıların tədarükünü gerçəkləşdirməkdə maraqlıdır. Buna mane olan əsas qüvvə senator Robert Menendez və onunla eyni fikirdə olan bir sıra senatorlardır. Nyu-Cersi ştatından olan senator Robert Menendez ermənipərəst çıxışları ilə və korrupsiya qalmaqalı ilə tanınır. Vilnüs görüşü öncəsi ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının tədarükünə mane olmamağa inandırmaq üçün senator Robert Menendezlə danışıqlar aparır.

 

Menendezin fikrinə təsir etmək məqsədilə hətta ABŞ-ın Manhetten Federal Prokurorluğu və Federal Təhqiqat Bürosu (FTB) onun və erməni əsilli arvadı Nadine Arslanyanın “IS EG Halal” ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə almaları barədə məsələni araşdırır. Vilnüs görüşü zamanı Bayden və Ərdoğan arasında F-16-ların tədarükünə dair razılığın əldə edilməsi mümkündür.

 

“Taxıl sazişi”

 

Liderlərin görüşü zamanı müzakirə edilməsi ehtimal mövzulardan biri də “Taxıl sazişi”nin uzadılmasıdır. Məlum olduğu kimi, hazırkı saziş ötən il iyulun 22-də İstanbulda Türkiyənin vasitəçiliyi ilə imzalanıb. Bayden Vilnüs görüşündə Ərdoğandan sazişin uzadılmasını və Rusiyanın sazişdən çıxmasına mane olmasını istəyə bilər. Hesab edirəm, sazişin Türkiyənin vasitəçiliyi ilə uzadılması mümkündür. Lakin Ərdoğan da Kremlin tələblərini Vaşinqtonun diqqətinə çatdıracaq. Putin sazişin qarşılıqsız uzadılmasına getməyəcək.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...