Logo

Prezidentin vəzifə verdiyi rəis kimdir? - DOSYE

Prezidentin vəzifə verdiyi rəis kimdir? - DOSYE
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Sfera.az-ın məlumatına görə, 47 yaşlı Mirsaleh Seyidov penitensiar sistemdə böyük iş təcrübəsi olan kadrlardandır.

O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib.

Yeni vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutan ədliyyə polkovniki M.Seyidov daha əvvəl bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb.

Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR