\"Rəsmi Bakının Xankəndi və ətraf ərazilərdə antiterror əməliyyatı keçirməsi...\" - ŞƏRH

\

Azərbaycan erməni icması ilə dialoqa hazırdır. Təbii ki, söhbət ölkə Konstitusiyası və qanunları çərçivəsində aparılacaq konstruktiv dialoqdan gedir. 

 

Rəsmi Bakı bu günə qədər bir neçə dəfə erməni icmasına dialoq təklifi edib. Hətta Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində mart ayında ilk görüş də keçirib. 

 

Azərbaycan bununla bir daha göstərdi ki, erməni əsilli vətəndaşları ilə dialoqa açıqdır. Bundan sonra Prezident Administrasiyası səviyyəsində iki dəfə dəvət olsa da, təəssüf ki, qarşı tərəf bunu qəbul etməyib. 

 

Aydın məsələdir ki, reinteqrasiya prosesinin istənilən səviyyədə getməməsi dialoqun qurula bilməməsinin əsas səbəbi Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin tərksilah edilməməsidir. Buna görə də ilk öncə qanunsuz silahlı birləşmələr tərksilah edilməlidir. 

 

Azərbaycan heç bir halda öz ərazisində başqa ölkənin hərbçilərinin və qanunsuz silahlı dəstələrin qalması ilə barışa bilməz və barışmayacaq. Bu gün ölkəmizin Xankəndi və ətraf ərazilərdə antiterror əməliyyatı aparmaq üçün imkanları və hüquqi bazası var. 

 

Müqayisə üçün deyim ki, Rusiya Dağıstan, Çeçenistan başda olmaqla öz ərazisində qanunsuz silahlı birləşmələrə qarşı anti-terror əməliyyatı keçirib. Bu proses bu gün də davam etməkdədir. 

 

Bundan başqa Rusiya terrorla mübarizə adı ilə Suriyada, Fransa Mali, Burkona Faso və digər ölkələrdə, ABŞ ilə uzun illər İraqda, Əfqanıstanda əməliyyatlar keçirib. Rəsmi Bakının indiki məqamda Xankəndi və ətraf ərazilərdə antiterror əməliyyatı keçirməsi onun təbii və beynəlxalq hüquq ilə haqqıdır. 

 

Separatçılar Bakının dialoq təklifini bloklayacağı və reinteqrasiya prosesinin qarşısını alacağı təqdirdə Azərbaycan antiterror əməliyyatları ilə onları tərkisilah edib zərərsizləşdirə bilər. 

 

Antiterror əməliyyatını zəruri edən bir digər məsələ də şübhəsiz böyük qayıdış və yenidənqurma prosesidir. Artıq böyük qayıdış siyasəti çərçivəsində Qarabağa məcburi köçkünlərin köçürülməsi başlanılıb. Separatçıların Qarabağda olması onların həyatı üçün də təhlükədir. Düzdür onların həyatı üçün bütün tədbirlər görülsə də seratçıların təxribatlarını intensivləşdirmələri antiterror əməliyyatlarını zəruri edir. 

 

Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə hər hansı təhdidə göz yumulmayacaq və ikinci dəfə dinc əhalinin silahlı terrorçuların hədəfinə çevrilməsinə imkan verilməyəcək.

 

Müəllif: Politoloq Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...