Zelenski Ərdoğanla danışıqlar üçün Türkiyəyə GƏLDİ
Kateqoriya məlum deyil
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəli həmkarı Rəcəb tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında bildirib.
Zelenski qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.






