Tacikistan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirildi - FOTOLAR
Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib.
Sfera.az xəbər verir ki, iclasda iştirak etmək üçün Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, hökumətlərarası komissiyanın həmsədri Zavkizoda Zavki Aminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
ETSN-də keçirilən iclasda Azərbaycanla Tacikistan arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi, iki ölkənin beynəlxalq platformalarda səmərəli əməkdaşlıq apardığı bildirilib. Müxtəlif sahələrdə işgüzar əlaqələrin daha da genişləndirilməsi perspektivləri, o cümlədən iqtisadiyyat, sənaye və ticarət, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdən sonra Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının protokolu imzalanıb.









