“Qafqaz heç zaman sülhə bu qədər yaxın olmayıb” – Deputat

“Qafqaz heç zaman sülhə bu qədər yaxın olmayıb” – Deputat

“Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsi zaman tələb edəcək”.

 

Sfera.az bildirir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hələ də Ermənistanda revanşist meyilli qruplar var və bu, sülhə əsas təhdiddlərdəndir:

 

“Son olaylar göstərir ki, Azərbaycan ordusu güclüdür və istənilən təxribata cavab vermək iqtidarındadır. Avropa İttifaqı Brüssel formatı çərçivəsində regionda sülhün daha tez əldə edilməsində maraqlıdır. Amma regionda sülhə təhdid olan Fransanın konstruktiv olmayan fəaliyyəti də diqqətdən qaçmamalıdır”.

 

Millət vəkili qeyd edib ki, Avropa Komissiyası Qafqazda daha tez sülhün əldə edilməsinə dəstək olmağa çalışır:

 

“Sülh müqaviləsi ilə bağlı müzakirələrin növbəti mərhələdə daha da intensivləşəcəyi gözlənilir. Müzakirələr də göstərir ki, fikir ayrılıqlarına baxmayaraq, Qafqaz heç zaman sülhə bu qədər yaxın olmayıb”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR