“Lavrov gizli danışıqlar aparmaq üçün Nyu-Yorkda olub” – ABŞ-nin nüfuzlu nəşri yazdı, Con Kirbi təsdiqlədi

“Lavrov gizli danışıqlar aparmaq üçün Nyu-Yorkda olub” – ABŞ-nin nüfuzlu nəşri yazdı, Con Kirbi təsdiqlədi

Vaşinqtonun Rusiya ilə gizli danışıqlar apardığı iddia olunub.

 

Sfera.az “NBC News”a istinadən bildirir ki, keçmiş ABŞ rəsmiləri aprel ayında Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Onlara ABŞ-də xarici əlaqələr şurasının prezidenti vəzifəsini icra etmiş Riçard Haass və Ağ Evin iki keçmiş köməkçisi də qatılıblar.

 

Nəşr qeyd edib ki, keçmiş Pentaqon rəsmilərinin də daxil olduğu qrupun Kremlə yaxın olduğu düşünülən digər tanınmış ruslarla nə qədər müzakirələr apardığı bəlli deyil. Ən azı bir naməlum qrup üzvünün Rusiyaya getdiyi bildirilib. Qeyd olunub ki, müzakirələrin məqsədi Ukrayna müharibəsinə son qoyulması ilə bağlı mümkün danışıqlar üçün zəmin yaratmaqdır.

 

“NBC News” iki mənbəyə istinadən bildirib ki, Lavrovla görüşənlər daha sonra Ağ Evə bu barədə məlumat veriblər.

 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “CBS News”a açıqlamasında Ağ Evin qeyri-rəsmi müzakirələrdən xəbərdar olduğunu deyib.

 

"Ancaq mən açıq şəkildə bildirmək istəyirəm ki, bu müzakirələr bizim tərəfimizdən təşviq edilmədi. Biz onları heç bir fəal şəkildə dəstəkləmədik. Prezidentin də dediyi kimi, Ukraynasız Ukrayna haqqında heç nə müzakirə edilə bilməz”.

 

Onun sözlərinə görə, Co Bayden Ukrayna müharibəsinə son qoymaq üçün ruslarla potensial danışıqlara dair keçirilən gizli görüşlərə icazə verməyib. Kibri həmçinin bildirib ki, Vaşinqton Kiyevi silahla təmin etməyə davam edəcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR