Brüsseldə növbəti Əliyev-Paşinyan görüşü baş tutacaq - NƏ GÖZLƏNİLİR?

Brüsseldə növbəti Əliyev-Paşinyan görüşü baş tutacaq - NƏ GÖZLƏNİLİR?

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib. O, söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Brüsseldə keçiriləcək görüşdə Paşinyan Azərbaycanın şərti ilə razılaşa bilər:

 

“Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək görüşdə sülh müqaviləsinin detalları və danışıqlar prosesində olan fikir ayrılıqları müzakirə ediləcək. Fikrimcə, Brüssel görüşündə sülh müqaviləsinə əngəl olan Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının çıxarılması məsələsi diqqət mərkəzində olacaq.  Burada Paşinyan Azərbaycanın təklifi ilə razılaşa bilər. Çünki Ermənistanın irəli sürdüyü təkliflər sülh müqaviləsinin bağlanması istiqamətində istənilən danışıqları pozur”.

 

Ekspert bildirib ki, Brüsseldə Ermənistan Baş naziri öz mövqeyindən geri çəkilməsə, Azərbaycan Qarabağda “Qisas” əməliyyatlarına başlaya bilər:

 

“Həmçinin şərti sərhəddə yeni strateji mövqelər nəzarət altına alına bilər. Ermənistanın əlavə alternativi onun yeni strateji ərazilər itirməsi ilə nəticələnəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...