Separatçılar təşvişdə - Arayik Paşinyandan bunu xahiş edibmiş

Separatçılar təşvişdə - Arayik Paşinyandan bunu xahiş edibmiş

Qarabağdakı separatçıların "rəhbəri" Arayik Arutyunyan qondarma "Təhlükəsizlik Şurası"nın iclasını keçirib.

 

Sfera.az “News.am”a istinadən bildirir ki, iclasda hərbi-siyasi və humanitar vəziyyət, görüləcək zəruri tədbirlər müzakirə edilib. Qeyd olunub ki, Qarabağdakı mövcud vəziyyət Ermənistan, o cümlədən Rusiyanın müvafiq orqanlarına və beynəlxalq ictimaiyyətin digər üzvlərinə çatdırılıb.

 

“Biz sivil dialoq və sülh yolu ilə bütün məsələləri müzakirə edib həll etməyə hazırıq”, - deyə Arayik söyləyib.

 

İclasda həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında Arayikin xahişi ilə baş tutan telefon danışığının nəticələri, eləcə də gündəlikdəki digər məsələlər müzakirə olunub. Yekunda Arutyunyan aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR