Lukaşenkonun ikinci silahdaş itkisi - Nazir qəfil vəfat etdi 

Lukaşenkonun ikinci silahdaş itkisi - Nazir qəfil vəfat etdi 

Belarusiya nəqliyyat və kommunikasiyalar naziri Aleksey Avramenko iyulun 4-də 47 yaşında vəfat edib.

 

Sfera.az bildirir ki, xəbərlərdə məmurun ölümünün qəfil baş verdiyi bildirilir. Ölümün səbəbi açıqlanmayıb. Departament ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

Qeyd edək ki, Aleksey Avramenko 2019-cu ildən Belarusiya Nəqliyyat və Rabitə Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Aleksey Nikolayeviç Avramenko 1977-ci ildə Minskdə anadan olub. Belarus Dövlət Politexnik Akademiyasında təhsil alıb. 2000-2001-ci illərdə Nəqliyyat və Rabitə Nazirliyi yanında Avtomobil Yolları Komitəsində işləyib, daha sonra Belavtodorda baş mütəxəssis olub. 2012-ci ildə Nazirlər Soveti Aparatının Nəqliyyat və Rabitə Şöbəsinə rəhbərlik edib. 2019-cu il yanvarın 15-də Nəqliyyat və Rabitə Nazirliyində əsas vəzifəyə təyin edilib.

 

Xatırladaq ki, Aleksey Avramenkonun qəfil ölümü artıq Aleksandr Lukaşenko silahdaşının ikinci itkisidir. 26 noyabr 2022-ci ildə xarici işlər naziri Vladimir Makey vəfat edib. Bu, çoxları üçün gözlənilməz olub.

 

Aynil


OXŞAR XƏBƏRLƏR