Prezident Bakıdakı beynəlxalq tədbirdə Fransanın cinayətlərini gözlər önünə sərdi - ŞƏRH

Prezident Bakıdakı beynəlxalq tədbirdə Fransanın cinayətlərini gözlər önünə sərdi - ŞƏRH

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı başlayıb. İclasda Qoşulmama Hərəkatına üzv olan 120 ölkədən xarici işlər nazirləri, nazir müavinləri iştirak edirlər. İclas iyulun 6-da yekunlaşacaq.

 

Azərbaycan Prezidenti İlham Əliyev sözügedən toplantıda çıxış edib. Ölkə başçısı çıxışı zamanı bir çox məsələyə toxunsa da Fransa ilə bağlı dedikləri xüsusi diqqət çəkir. 

 

Birincisi, ölkə başçısı iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı Əlcəzair əsilli Fransa vətəndaşını güllələyərək öldürməsi məsələsinə toxunub. Dövlətimizin başçısı qeyd edib: “Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.

 

Məlum hadisə fonunda Fransada etiraz aksiyaları hələ də davam edir. Ümumiyyətlə, bu, Fransada ilk belə hal deyil. Dünyada demokratiya dərsi keçən Fransada islamafobiya, antisemitizm, irqçilik kimi neqativ tendensiyalar sürətlə artmaqdadır.

 

Təsadüfi deyil ki, Fransadakı vəziyyətlə bağlı BMT Parisi “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanat yayıb. 

 

İkincisi, Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.

 

Fransa 19-20-ci əsrlərdə dövrün imperialist, kolonialist ölkəsi kimi həm Afrika, həm də Asiya qitəsində insanlığa sığmayan bir çox cinayətə imza atıb. Xüsusilə Cənub Şərqi Asiyada Vyetnam, Kamboçya, Laos, Qərbi Afrika, Əlcəzair, Tunis, Burkina Faso, Mali, Toqo və digər ölkələrdə bilinən və bilinməyən bir çox insanlıq xarici aktları icra edib. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi isə bu ölkənin əsl mahiyyətinin göstəricisidir. 

 

Rəsmi Paris bu gün başda Əlcəzair olmaqla soyqırım və insanlıq cinayətləri törətdiyi ölkələrdən üzr istəmək yerinə Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi saxlayır və ziyarətçilərə qürur mənbəyi kimi sərgiləyir.

 

Prezident İlham Əliyev çıxışı zamanı növbəti dəfə Fransa Prezidenti Emmanuel Makronun və Fransa dövlətinin üzr istəməsini qeyd edib.

 

Üçüncüsü, Prezident çıxışı zamanı Fransanın Korsika adasına qarşı etdiyi diskriminasiya və etnik ayrı-seçkiliyə toxunub. Bildirib ki, “Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, ikiüzlülük və ikili standartlardan başqa bir şey deyil”.

 

Korsika adası Fransanın ərazi bütövlüyü kimi tanınsa da ada əhalisi fransız deyil. Danışdıqları dilin də fransız dilinə bənzərliyi yoxdur. Korsika adasının sakinləri adanın yerli aborogen xalqıdır. Hətta Korsika adasının sakinləri Avropanın ən qədim sakinlərindən hesab edilir. 

 

Bu gün Korsikada baş verən hadisələr separatizm deyil. Ada əhalisi Fransanın yerli Korsika dilinə qarşı qadağası və ada sakinlərinə qarşı edilən ikili standartlardan narahatdır. Məhz buna görə də ada sakinləri öz müqəddəratlarını təyin etmək istəyirlər. 

 

Fransa öz ərazi bütövlüyü daxilində olan bir adanın yerli sakinlərin dilinə, mədəniyyətinə hörmət etməyib qadağalar tətbiq etdiyi halda özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Halbuki Azərbaycanda heç bir etnik azınlıq ayrı-seçkilik edilmir. Mədəniyyətlərini, dinlərini yaşatmaları üçün lazımi imkanlar tanınır. 

 

Əslində bu hal bir daha onu göstərir ki, Fransa insan haqları, azadlıqlar, demokratiya kimi dəyərləri öz imperialist maraqları üçün istifadə edən nekoloniolost imperialist faşist Vişi hökumətin davamçısıdır. 

 

Müəllif: Politoloq Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR