Paşinyandan yeni sülh açıqlaması

Paşinyandan yeni sülh açıqlaması

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən sülh və Qarabağ məsələsindən danışıb.

 

Sfera.az bildirir ki, o, bu barədə ölkəisinin Konstitusiya Günü ilə bağlı mesajında söz açıb. Belə ki, Paşinyan hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativinin olmadığını vurğulayıb: “Çünki sülh bizim suverenliyimiz və təhlükəsizliyimiz üçün ən etibarlı amildir”.

 

O, qeyd edib ki, Ermənistan sülhə nail olmaq üçün bütün qanuni səyləri göstərməlidir: “Bu kontekstdə 29,8 min kvadrat kilometr ərazisi olan Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması mühüm əhəmiyyət kəsb edir”.

 

Nikol Paşinyan həmçinin, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinə də toxunub.

 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR