Nazim Baydəmirli saxlanıldı - YENİLƏNDİ + RƏSMİ
Sabiq deputat Nazim Bəydəmirli saxlanılıb.
DİN Mətbuat Xidmətindən Sfera.az-a bildirib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.
Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib.
O, cari il iyunun 14-də N.Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.
***
21:35
Milli Məclisin sabiq deputatı, iş adamı Nazim Bəydəmirli saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
A.Layıc bildirib ki, N.Bəydəmirlinin saxlanılmasına səbəb Gədəbəy hadisələridir.






