Bütün dünya üçün təhlükə - NATO-nun yüksək səviyyəli rəsmisindən XƏBƏRDARLIQ

Bütün dünya üçün təhlükə - NATO-nun yüksək səviyyəli rəsmisindən XƏBƏRDARLIQ

NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer Rusiyanın Zaporojye AES-ə mümkün hücumundan narahatlığını ifadə edib. O, bu cür hərəkətlərin qlobal nəticələrə səbəb olacağını vurğulayıb.

 

Sfera.az bildirir ki, NATO Hərbi Komitəsinin rəhbəri müsahibəsində, Zaparojyedə baş verən partlayış NATO hüdudlarından kənara çıxacağı, bütün dünyaya təsir edəcək ekoloji və tibbi fəlakət olacağını deyib.

 

Onun sözlərinə görə, Rusiyanın Zaporojye AES-ə hücumu beynəlxalq reaksiyaya səbəb olacaq, çünki bu hadisə birbaşa Avropaya ciddi təsir göstərəcək. "Əgər baş verərsə, bu, hərbi problemdən və ya NATO üçün başqa bir problemdən daha böyük problem olacaq"- deyə Bauer əlavə edib.

 

O, bunun ekoloji və tibbi fəlakət olacağı üçün NATO və təhlükəsizlik məsələlərindən kənara çıxacağını açıqlayıb. NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer də qeyd edib ki, Rusiyanı dəstəkləyən ölkələrin onun hökumətinin bu cür hərəkətlərini bəyənəcəyini təsəvvür edə bilməz. "Belə düşünmək olar, ümid etmək olardı ki, ruslar bunu etməyəcəklər, çünki düşünürəm ki, bu, onları dünyada əldə etdikləri dəstəyin əhəmiyyətli bir hissəsindən məhrum edəcək".

 

Xatırladaq ki, iyunun 29-da Zaporojye AES-də fəlakət təhlükəsi ilə bağlı Zaporojye, Dnepropetrovsk və Xerson vilayətlərində irimiqyaslı təlimlər keçirilib. Təlimlərə 8000-ə yaxın insan, o cümlədən 350 xüsusi texnika və 400 evakuasiya avtobusu cəlb olunub. Onu da xatırladaq ki, iyunun 30-da “Energoatom” nümayəndələri Rusiyanın Zaporojye AES-də törətdiyi terror aktından sonra hadisələrin ən mümkün gedişatını dərc ediblər. Onların sözlərinə görə, hücum Ukraynanın dörd bölgəsinə təsir edəcək.

 

Aynil


OXŞAR XƏBƏRLƏR