Logo

Yens Stoltenberqin səlahiyyət müddəti uzadıldı

Yens Stoltenberqin səlahiyyət müddəti uzadıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NATO-nun baş katibi Yens Stoltenberq 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacağını açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Stoltenberq özü açıqlama verib.

NATO diplomatları Stoltenberqin böhran vəziyyətlərində hərbi alyansı idarə etmək bacarığını qeyd edirlər. Onlar hesab edirlər ki, baş katibin səlahiyyət müddətinin uzadılması vaxta qənaət etməyə və namizədlərlə bağlı debatlar təşkil etmək əvəzinə diqqəti Ukraynaya dəstək göstərilməsinə cəmləməyə imkan verəcək.

Xatırladaq ki, onun səlahiyyət müddəti 2023-cü il sentyabrın 30-da başa çatır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR