Arutyunyan Putinə sərt məktub yazdı, ona bir neçə gün VAXT VERDİ

Arutyunyan Putinə sərt məktub yazdı, ona bir neçə gün VAXT VERDİ

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb.

 

Sfera.az bildirir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Separatçı Vladimir Putinə Qarabağ bölgəsində nə etməyə hazırlaşdığı ilə bağlı suallar ünvanlayıb və suallarını cavablandırmaq üçün Rusiya liderinə cəmi bir neçə gün vaxt verib.

 

Məktubun detalları ilə bağlı məlumat dərc edilməsə də, bəzi nüanslar bəlli olub. Nəşrin məlumatına görə, Arayik Arutyunyan məktubda Laçın yolunun açmalı olduğunu, əks halda, bundan sonra məsələləri özünün həll etməyə hazırlaşdığını qeyd edib.

 

“Hraparak” həmçinin məktubun kifayət qədər sərt tonda yazıldığını əlavə edib. Bildirilib ki, burada Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti də sorğulanıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR