Logo

İran İƏT-i Quranın yandırılması ilə bağlı təcili TOPLAŞMAĞA ÇAĞIRDI

İran İƏT-i Quranın yandırılması ilə bağlı təcili TOPLAŞMAĞA ÇAĞIRDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran İslam Əməkdaşlıq Təşkilatını İsveçdə Quranın təhqir edilməsi ilə bağlı təcili toplaşmağa çağırıb.

Sfera.az xəbər verir ki, bu təşəbbüsü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian irəli sürüb.

Belə ki, ötən gün XİN rəhbəri və İƏT-in Baş katibi Hüseyn İbrahim Taha telefon danışığında İsveçin paytaxtı Stokholmdakı məscidin qarşısında Quran nüsxəsinin küfrlə yandırılmasını müzakirə ediblər. Müzakirə zamanı Abdullahian məsələ ilə bağlı İƏT xarici işlər nazirlərinin mümkün qədər tez bir zamanda toplantı keçirməli olduqlarını bildirib.

Onun sözlərinə görə, iclas iyulun 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı ilə eyni vaxtda çağırıla bilər.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR