Bayden canlı yayımda bu hərəkəti etdi, gündəm oldu - ANBAAN VİDEO

Bayden canlı yayımda bu hərəkəti etdi, gündəm oldu - ANBAAN VİDEO

ABŞ Prezidenti Co Bayden iştirak etdiyi televiziya proqramı reklamlarla kəsilmədən əvvəl canlı yayımı tərk edib. 


Sfera.az xəbər verir ki,  "MSNBC" kanalında qonaq olan Bayden aparıcı Nikol Uolles ilə təxminən 20 dəqiqə davam edən canlı yayımda aparıcı sözlərini bitirdikdən sonra yavaş-yavaş kreslosundan qalxır, Uollesin əlini sıxır və masadan uzaqlaşmağa başlayır. Bu zaman aparıcının kameraya baxaraq tamaşaçılara “Bizdən ayrılmayın" deməsindən sonra yayım reklam fasiləsinə daxil olur. 

 

Demokratlar Partiyasının 80 yaşlı liderinin bu şəkildə studiyanı tərk etməsi sosial mediada müzakirə obyektinə çevrilib. 

 


İnci
 

 


OXŞAR XƏBƏRLƏR