Logo

Makron iğtişaşlarla əlaqədar Brüsseldən təcili Parisə qayıdıb

Makron iğtişaşlarla əlaqədar Brüsseldən təcili Parisə qayıdıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Aİ Şurasının iclasını yarımçıq tərk edərək Parisə qayıdıb.

Sfera.az xəbər verir ki, Prezident Makron bir yeniyetmənin polis tərəfindən vurulmasından sonra artıq üç gecədir ki, davam edən iğtişaşların yaşandığı Fransaya qayıtmaq üçün bu gün Brüsseldə keçirilən Aİ sammitindən erkən ayrılıb.

Makron Parisə qayıtmaq üçün sammitin ikinci və son gününə planlaşdırılan media konfransını ləğv edib. O, ayrılarkən jurnalistlərə açıqlama verməyib.

Fransa Prezidentinin hökumət kabinetinin fövqəladə iclasında iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, ölkənin daxili işlər naziri bildirib ki, iğtişaşlar zamanı 667 nəfər həbs olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR