Erməni təxribatlarının PƏRDƏARXASI: “Vaşinqton görüşündən öncə..”

Erməni təxribatlarının PƏRDƏARXASI: “Vaşinqton görüşündən öncə..”

“ABŞ dövlət katibi Entoni Blinkenin vasitəsçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtonda görüşə başladığı gün Qarabağda separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, böyük ehtimalla Kreml Vaşinqton görüşünü pozmaq üçün separatçılara “atəş açın” əmrini verib:

 

“Bu əmri yerinə yetirənlər ağır zərbə alıblar, 4 separatçı öldürülüb. Bu olay erməni separatçılarının qısa müddətdə tərksilah olunmasını aktuallaşdırır. Vaşinqtondakı müzakirələrə gəldikdə, danışıqların nəticəsiz qalması üçün 3 qüvvə - Kreml, erməni separatçıları və “Daşnaksütun” partiyasının simasında radikal müxalifət birləşib”.

 

Ekspertin fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın yenə yarı yoldan qayıtması və ya razılaşması Vaşinqton görüşündən sonra bəlli olacaq: “Ararat Mirzoyan Vaşinqtonda Paşinyandan telefonla alacağı son təlimatı əsasında hərəkət edəcək”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR