Kreml Vatikan rəsmisinin səfərini təsdiqlədi: “Putin xahiş etdi ki..”

Kreml Vatikan rəsmisinin səfərini təsdiqlədi: “Putin xahiş etdi ki..”

Kreml papanın elçisi kardinal Matteo Zuppinin sülh danışıqları üçün Moskvaya gəlişini təsdiqləyib.

 

Sfera.az bildirir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov danışıb.

 

“Biz Vatikanın səylərini və təşəbbüslərini yüksək qiymətləndiririk və Papanın silahlı münaqişənin sona çatmasına töhfə vermək istəyini alqışlayırıq”, - o jurnalistlərə açıqlamasında deyib.

 

Peskov əlavə edib ki, Vladimir Putinin xarici işlər üzrə müşaviri Rusiya prezidentinin xahişi ilə Zuppi ilə danışıqlar aparacaq.

 

Qeyd edək ki, bu ayın əvvəlində Vatikan Zuppini iki günlük səfərə Kiyevə göndərib. Keçən ay Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Papa Fransisk ilə görüşüb. Zelenski Fransiskdən Kiyevin sülh planını dəstəkləməsini istəyib.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR