Bayramov-Mirzoyan görüşü nə vaxta qədər davam edəcək?
Kateqoriya məlum deyil
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək görüş sabah başlayacaq.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
O qeyd edib ki, görüş iyunun 29-dək davam edəcək.
Dövlət katibi Entoni Blinken hər iki nazirlə danışıqlar aparacaq.
Xatırladaq ki, Ceyhun Bayramov və Ararat Mirzoyan artıq ABŞ-a yola düşüb.






