"Putin Şoyqu və Gerasimovu istefaya göndərməyəcək, Priqojinə isə..." 

““Vaqner”in qiyamı Rusiya daxilində hakimiyyət əleyhinə narazılığı artıracaq”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələləri mövcud vəziyyətdən istifadə edəcək:

 

“Qarşıdakı günlərdə Ukrayna ordusunun cəbhədə ciddi uğurlar qazanması mümkündür. Nəzərə almaq lazımdır ki, artıq Rusiyanın prioriteti Ukraynadakı vəziyyət yox, öz təhlükəsizliyidir. Bu isə o deməkdir ki, Kreml Ukraynaya əvvəlkinə nisbətən daha az diqqət ayırmalı olacaq.  “Vaqner”çilər, yəqin ki, ölkə ərazisində irəliləməyə davam edəcəklər. Nəzərə almaq lazımdır ki, onlar muzdlu qoşundur və pul üçün hər şey etməyə hazırdırlar. Üstəgəl, əllərində lazımi silah-sursat var. Buna baxmayaraq, qiyamın Rusiya hərbi-siyasi elitasında ciddi nəticələrlə yadda qala biləcəyini düşünmürəm. Amma Priqojinə qarşı sui-qəsd cəhdinin olması mümkündür. Çünki, o, nə qədər çox həyatda qalarsa, hakimiyyət üçün bir o qədər ciddi təhlükə olacaq”.

 

Ekspert bildirib ki,  Priqojinin geri çəkilmək barədə "ordu"suna verdiyi tapşırıq kifayət qədər müəmmalıdır:

 

“Priqojin bunu qan tökülməsinin qarşısını almaq üçün etdiyini bildirib. Hərçənd indiyədək onsuz da kifayət qədər qan tökülüb. Bu cür muzdlu hərbi təşkilatlar üçün qan tökmək, döyüşmək çox asandır. Məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojini geri qayıtmağa razı salıb. İddia edilir ki, tərəflər arasında müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovun istefaya göndərilməsi barədə razılıq əldə olunub. İndiki məqamda adı çəkilən generalların istefaya göndəriləcəyini düşünmürəm. Bu, hərbi elitadakı boşluqları dəfələrlə artıra bilər. Kremlə indiki halda bu, lazım deyil. Fikrimcə, proseslərin ciddi nəticəsi olacaq və bu, yaxın günlərdə özünü göstərəcək”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...