Logo

Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü

Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycana rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub.

Sfera.az-ın AzərTAc-a istinadən məlumatına görə, qarşılanma mərasimində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.

Hər iki dövlət başçısı rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR