"Krımın yaxın zamanlarda işğaldan azad edilməsi..." - ŞƏRH

Rusiya Krımın müdafiəsini gücləndirməyə başlayıb. Bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.  

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Ukrayna rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski daha əvvəl bir neçə dəfə müharibənin torpaqların, o cümlədən Krımın işğaldan azad olunması ilə başa çatmalı olduğunu deyib:

 

“Krımda hərəkətlənmənin güclənməsi Rusiya Silahlı Qüvvələrinin diqqətini Ukraynanın döyüş gedən torpaqlarından yayındıracaq. Bu, əks-hücum əməliyyatlarının daha effektiv olmasına şərait yaradacaq. Ukrayna bu yolla Krımla bağlı gələcək hədəflərinə daha çox yaxınlaşa biləcək. Digər tərəfdən, Rusiya daxilində xaos güclənəcək. Bu mənada düşünmək olar ki, Ukraynanın Krımla bağlı addımları artacaq. Görünür, bunu artıq Rusiyada da hiss edirlər”.

 

Ekspert bildirib ki, yarımadanın yaxın zamanda işğaldan azad ediləcəyi inandırıcı görünmür:

 

“Bu, kifayət qədər çətindir. Amma Krımdakı fəallıq Rusiyanı panikaya salmaq, çaşdırmaq baxımından xüsusi əhəmiyyətə malikdir. ABŞ-nin F-16 qırıcılarının tədarkündən sonra Krımda fəallığın, o cümlədən hava hücumlarının sayının artması gözləniləndir. Rusiya indidən bu ssenariyə hazırlaşmağa başlayıb. Əgər Krıma hücumlar intensivləşərsə, bu, gələcəkdə Rusiya qoşunlarının Ukraynanın digər torpaqlarından çıxması ilə nəticələnə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...