Rusiya Türkiyə və Suriya üçün “yol xəritəsi” layihəsi hazırlayıb

Rusiya Türkiyə və Suriya üçün “yol xəritəsi” layihəsi hazırlayıb

Moskva iki tərəf arasında münasibətlərin normallaşdırılması üçün hazırladığı “yol xəritəsi” layihəsini Ankara və Dəməşqə təhvil verib.

 

Sfera.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Federasiyası prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

 

"Dörd ölkənin xarici işlər nazirlərinin görüşündən sonra Rusiya tərəfi layihənin əlavə təsdiq üçün hazırlanmasını öz üzərinə götürüb. Belə bir layihə var, o, maraqlı tərəflərə verilib" - Lavrentyev bildirib.


Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, layihəyə bəzi düzəlişlər edilə bilər, lakin konsepsiyanın özü qəbul edilib.

 

Qeyd edək ki, mayın 10-da Moskvada keçirilən görüşdən sonra Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirləri yol xəritəsi layihəsinin hazırlanması barədə göstəriş veriblər. İyunun 20-də isə Astanada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib və bu məsələyə baxılıb.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR

8-ci sinif şagirdi vəfat etdi- FOTO

Bərdədə məktəbli qız vəfat edib.   Sfera.az xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünya...

10 həftəlik körpə dağdan 50 metr yuvarlanıb sağ qaldı

 Avstriyada Alp dağlarında yamacdan 50 metr aşağı yıxılan körpə uşaq arabasından düşərək sağ qalıb.   Sfera.az "Bild"ə istinadən xəbər...

BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.   Baş Dövlət Yol...

"Birbank Biznes"in dəstəklədiyi "She’s Next" təşəbbüsünün qalibləri müəyyənləşdi

Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekun...

Bəzi rayonlara leysan yağdı

Saat 10:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakte...

ABŞ İranla buna görə danışıq aparmaq istəyir - BƏYANAT

İran parlamentinin üzvləri ABŞ-lə nüvə danışıqlarının bərpası üçün ilkin şərtlərin irəli sürülməsini tələb ediblər.    Sfera.az bu barədə &...