Azərbaycan Hindistanla enerji əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıb
Kateqoriya məlum deyil
Energetika naziri Pərviz Şahbazov Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhananı qəbul edərək onunla enerji əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıb.
Bu barədə Sfera.az-a Nazirlikdən məlumat verilib.
Məlumata görə, görüşdə ölkəmizdə energetika sektorunda həyata keçirilən layihələr, bu sahənin inkişafı üzrə görülən işlər barədə məlumat verilib, iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.






