ABŞ Ukraynaya əlavə 1,3 milyard dollar ayıracaq
ABŞ Ukraynaya əlavə olaraq 1,3 milyard dollar maliyyə yardımı edəcək.
Sfera.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın bərpasına dair konfransda deyib.
Blinkenin sözlərinə görə, 520 milyon dollar Ukraynanın enerji şəbəkəsinin inkişafına yönəldiləcək. Bundan əlavə, nəqliyyat infrastrukturuna 657 milyon dollar ayrılacaq. Gömrük xidmətinin və korrupsiyaya qarşı mübarizə üçün digər strukturların rəqəmsallaşdırılmasına 100 milyon vəsait təqdim ediləcək. Daha 35 milyon dollar isə Ukraynadakı investorlar üçün mümkün riskləri azaltmaq səbəbilə istifadə olunacaq.
ABŞ Müdafiə Nazirliyinin sözçünün müavini Sabrina Sinq bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya 6,2 milyard dollar dəyərində hərbi texnika verib.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Kreml bəyan edib ki, Ukraynaya Qərbdən silahların verilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və proseslərə mənfi təsir göstərəcək.
İnci






