Logo

Pakistanın Baş naziri Azərbaycana xüsusi minnətdarlıq edib

Pakistanın Baş naziri Azərbaycana xüsusi minnətdarlıq edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana xüsusi minnətdarlıq edib.

Məlumata görə, Baş nazir onu və başçılıq etdiyi nümayəndə heyətini ötən həftə qəbul etdiyinə görə Azərbaycan xalqına və hökumətinə xüsusi minnətdarlıq əlaməti olaraq bu gün İslamabadda keçirilən mərasimdə ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadovun əlini tutub.

Qeyd edək ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. İyunun 15-də Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR