Logo

Azad edilən ərazilərdə daha 30 mina aşkarlandı

Azad edilən ərazilərdə daha 30 mina aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, iyunun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 12, tank əleyhinə 18 mina və 151 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 156 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azad edilən ərazilərdə daha 30 mina aşkarlandı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR